Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Enerji mənbələri üzrə fəaliyyətə elektron formada icazə veriləcək


Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi ilə bağlı  elektron xidmətlərin göstərilməsi istiqamətində səlahiyyətlər Sənaye və Energetika Nazirliyinə verilib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, Nazirlər Kabinetinin «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlərin göstərilməsi Qaydaları»nın və «Elektron xidmət növlərinin Siyahısı»nın təsdiq edilməsi haqqında» 2011-ci il 24 noyabr tarixli qərarına dəyişikliklər edilməsi barədə yeni qərarı ilə mümkün olub. 

 





02/02/12    Çap et