Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“YouTube” abunə yolu ilə videoxidmətlər göstərə bilər
Hal-hazırda “YouTube” portalı üçün ən münasib və faktiki olaraq yeganə əhəmiyyətli qazanc mənbəyi reklam olmasına baxmayaraq, layihə alternativ gəlir variantları üzərində planlar qurur,- “YouTube” videohostinqinin baş direktoru Salar Kamanqar bildirib.
Kaliforniyada keçirilmiş “Dive İnto Media” konfransında çıxış edən Salar Kamanqar bildirib ki, şirkət məzmun-provayderlər üçün ixtisaslaşdırılmış xidmət açılması imkanını müzakirə edir.
Xidmət çərçivəsində məzmun-provayderlər abunə sistemi üzrə işləyən videoxidmət təşkil edə biləcəklər. Lakin Kamanqar qeyd edib ki, “YouTube” hələ ki bu layihə ilə bağlı birmənalı fikrə gəlməyib.
Konfransda çıxışı zamanı “YouTube” rəhbəri qeyd edib ki, abunə sistemi üzrə işləyən xidmətlər konsepsiyası bəlkə də gələcəkdə videohostinqin əsas gəlir mənbəyini təşkil edəcək. "Hal-hazırda “YouTube”-un bazası təxminən 800 milyona bərabərdir" – “YouTube” rəhbəri qeyd edib. Bu da provayderlər üçün geniş imkanlar açır.
02/02/12 Çap et