Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən böyük sosial şəbəkəsinin səhmdarları məlum olub


“Facebook” sosial şəbəkəsi bu yaxınlarda ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə komissiyasına şirkətin səhmlərinin ilkin açıq yerləşdirilməsinin keçirilməsi ilə bağlı “S-1” formasında rəsmi ərizə verib.

Bu ərizədə “Facebook”, həmçinin öz səhmdarları haqqında məlumat verib. “Facebook”un banisi Mark Sukerberq sosial şəbəkənin ən böyük səhmdarıdır. Belə ki, o, şirkətin 28,3 faiz səhminə malikdir.

İkinci yerdə “Accel” investisiya firması və onun partnyoru Cim Breyerdir. Şirkətin səhmlərinin 11,4 faizi onlara məxsusdur. “Facebook”un digər yaradıcısı Dastin Moskoviçin isə  şirkətin 7,6 faiz səhminə malikdir.

Rusiyanın “DST” investfondu səhmdarlar arasında dördüncü yerdədir. Onun payı 5.4 faiz təşkil edir. “Facebook”un ilk investoru Piter Til sosial şəbəkənin 2.5 faiz səhminə malikdir.
“İPO” çərçivəsində Mark Sukerberqin şəxsi səhmlərini satışa çıxaracağı gözlənilir.
 





02/02/12    Çap et