Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Telekommunikasiya texnologiyaları üzrə ingilis-azərbaycanca izahlı terminoloji lüğət işıq üzü görüb
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun və baş direktor müavini Xankişi Kişiyevin müəllifi olduqları “Telekommunikasiya texnologiyaları” ingiliscə-azərbaycanca izahlı terminoloji lüğət kitabı işıq üzü görüb.
Kitabda informasiya nəzəriyyəsi, “internet və İP telefoniya”, şəbəkələrin arxitekturaları, “baza və abunə stansiyaları”, “maneə, təhrif və küylərə qarşı tədbirlər”, lifli-optik şəbəkələr, “qlobal və lokal şəbəkələr”, sanksiya edilməmiş daxilolmada müdafiə, xidmətin keyfiyyət göstəriciləri, “kodlaşdırma və dekodlaşdırma”, “kriptosistemlər və autentifikasiya”, marşrutlanma və kommutasiya”, “modulyasiya və demodulyasiya”, “etibarlılıq və zədələrin aradan qaldırılması”, mobil şəbəkə, mobil və peyk rabitələri, BTİ-nin Telekommunikasiya bölməsinin standartları və s. haqqında ingilis dilində spesifik terminlərin Azərbaycan dilində izahlı şərhi verilib.
3630 terminin şərh olunduğu kitab telekommunikasiya barədə biliklərin bütün sahələrini əhatə edərək universal xarakter daşıyır. Ümumiyyətlə, dil sahəsində beynəlxalq tənzimləyici rola malik olan bu kitab abunəçilər arasında informasiya mübadiləsi üçün çox mühüm əhəmiyyət daşıyır.
Kitab telekommunikasiya sahəsi üzrə məşğul olan mütəxəssislər və infokommunikasiya ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
02/02/12 Çap et