Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet xətlərinin sayı ilə internetdən istifadə edənlər arasındakı fərq aradan qaldırılacaq


Paytaxtda müasir rabitə şəbəkəsinin yaradılması hələ problemin tam həll edilməsi demək deyil. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov "İCTnews" elektron xəbər xidmətinə bildirib ki, internet xətlərinin sayı ilə internetdən istifadə edənlər arasında kəskin fərq var.

" Hər hansı bir obyektə internet xətti çəkilibsə, bu, o deməkdir  ki, bu xətdən həmin müəssisədə olanların hamısı istifadə edir. Bu da şəbəkənin yüklənməsinə səbəb olur".  Baş direktor bildirib ki, BTRİB tərəfindən problemin tamamilə aradan qaldırılması istiqamətində işlər aparılır.

"Təhlillərə görə, əhalinin 60 faizi internetdən istifadə edir. Hazırda  internet provayderlər də birliyin şəbəkəsi üzərindən xidmət göstərir. Bu gün özəl provayderlərlə yanaşı, "Bakinternet"in abunəçilərinin sayı günü-gündən artır.

Məsələn, 8 il öncə ADSL texnologiyaları ilə xətlərin sayı 288 idisə, hal-hazırda bu rəqəm 64000-dir.  Hazırda "Bakinternet" internet provayder platforması qlobal internet şəbəkəsinə 10 Gbit/s həcmli kanalla qoşulub".

 





02/02/12    Çap et