Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Pentaqon və NASA saytlarının “qırılmasında” ittiham edilən haker həbs edilib
Rumıniya polisi hökumət təşkilatlarının, xüsusilə Pentaqon və NASA saytlarının "qırılmasında" ittiham edilən hakeri həbs edib. Haker internetdə "TinKode" ləqəbi ilə tanınan 20 yaşlı tələbə Razvan Manolaya Çernayyanu adlı şəxsdir.
O, yuxarıda qeyd edilən təşkilatların saytlarını "qırmaqda", məxfi informasiyanı oğurlamaqda və öz bloqunda yerləşdirməkdə ittiham edilir.
Qeyd edək ki, haker son bir neçə il ərzində müntəzəm olaraq aşkar və tədqiq etdiyi boşluqların təsvirini dərc edib. Bununla belə, hakimiyyət Çernayyanunun fəaliyyətində cinayətkar əməllər olduğunu bildirib. Çox güman ki, onu məhkəmə və həbs cəzası gözləyir.
03/02/12 Çap et