"Twitter"də mesajların dörddə birini oxumamaq olar
Karneqi - Mellona Universiteti, Massaçusets Texniki İnstitutu və Corciya Texniki İnstitutunun əməkdaşları "Twitter" mikrobloqlar xidmətindəki mesajların məna yükünü qiymətləndiriblər.
Statistikanın toplanılmas üçün xüsusi "Who Gives a Tweet?" (http://needle.csail.mit.edu/wgat/) saytı yaradılıb. Məlum olub ki, yalnız bəziləri üçün mikrobloqlar xidmətində yazılan mesajların üçdə birindən çoxu vacib məlumata malikdir. Mesajların dörddə birini heç oxumaq lazım deyil, digərləri isə adi kimi xarakterizə edilib.
Hər gün "Twitter" mikrobloqlar xidmətində orta hesabla 230 milyon mesaj yazılır; tvitlərin aylıq sayı 5 milyarda çatır. Beləliklə, əgər Amerika tədqiqatçılarının qiymətləndirməsi doğrudursa, o zaman hər ay milyarddan çox mesajın məna yükü yoxdur."Twitter"də qeydiyyatdan keçmiş hesabların ümumi sayı 200 milyonu ötür və artmağa davam edir.
http://net.compulenta.ru/658605/