Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çində mikrobloqlar cinayətlərin açılması üçün vasitəyə çevrilib
Çin İctimai Təhlükəsizlik Nazirliyinin açdığı rəsmi mikrobloqları ölkədə iki milyondan çox insanın izlədiyi bildirilir. Çin milli mətbuatında yer alan xəbərlərə görə, Çin polisi “Twitter”ə bənzəyən mikrobloq sistemi operativ olaraq bir çox cinayətləri açmağa kömək edir, eyni zamanda rəsmi şərhlərin yerləşdirildiyi bir platformaya çevrilib.
Mikrobloqlarla yanaşı, “Facebook”un alternativi “Renren” və “Kaixin” kimi sosial şəbəkələr sosial paylaşmadan əlavə Çində məlumat mübadiləsi üçün vasitə rolunu oynayır.
Ölkədə “Twitter”, “Facebook” kimi beynəlxalq sosial şəbəkələr qadağan olunduğu üçün alternativləri olan Çinin milli saytları geniş şəkildə istifadə olunmağa başlanıb.
03/02/12 Çap et