Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Dilmanc” onlayn lüğəti istifadəyə verilib


"Dilmanc" layihəsinin saytında yeni onlayn lüğətin ilk versiyası yerləşdirilib.  Lüğətin hələlik yalnız rus-Azərbaycan istiqaməti istifadəyə verilib. "Dilmanc" elektron lüğətinin digər elektron lüğətlərdən fərqi onun təkcə söz köklərini deyil, həmçinin istənilən söz-formanı da tərcümə etməsindədir.

Bundan əlavə, lüğətdə istənilən sözün müxtəlif tərcümə variantlarına uyğun nümunə cümlələrə baxmaq imkanı da vardır. Sayta daxil olaraq (http://dilmanc.az/az/project/dict) lüğətdən istifadə etmək mümkündür .

Qeyd edək ki, yaxın günlərdə ingiliscə-azərbaycanca onlayn lüğət də istifadəyə veriləcək.
Layihə çərçivəsində onlayn lüğətin yeni versiyaları və yeni dil istiqamətləri üzərində işlər davam etdirilir.
Onu da qeyd edək ki, bu lüğət "Dilmanc" layihəsi çərçivəsində 2012-ci ilin əvvəlindən istifadəyə verilmiş ikinci linqvistik proqram məhsuludur.
 





03/02/12    Çap et