Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sürücülər cərimələri «onlayn» ödəyəcək
Bu ilin sonuna qədər sürücülər cərimələri “onlayn” ödəyə biləcəklər. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə “Goldenpay“in biznesin inkişaf direktoru Naina Səmədova-Mehdiyeva məlumat verib. O bildirib ki, bununla bağlı sistem mövcud olsa da, o “offlayn” rejimdə olub.
Bu da ödəniş edilməyinə baxmayaraq, cərimənin siyahıda silinməsi üçün onun yenilənməsini lazım edib. “Bizim sistem isə “onlayn” olduğundan cərimələr ödəniş edilən kimi dərhal silinəcək”.
O, həmçinin Dövlət Miqrasiya Xidməti, Patent və Standartlaşma Komitəsi ilə də ödənişlərin elektron olması üçün danışıqlar aparıldığını, Miqrasiya Xidmətinə artıq müqavilənin göndərildiyini də bildirib.
03/02/12 Çap et