Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Google" şirkəti senzura tətbiq edəcək
Amerikanın "Google" internet-şirkəti ən böyük bloq-xidmətlərdən biri olan "Blogger"də yaradılan bloqlara girişi bəzi ölkə hökumətlərinin tələbinə əsasən blok edəcəyi haqqında məlumat verib.
Britaniyanın "BBC" radio yayım şirkətinin məlumatına əsasən, məzmunun bu cür blok edilməsi hələ ki yalnız Avstraliya, Hindistan və Yeni Zellandiyada işə salınacaq, lakin ekspertlərin fikrincə, internet-nəhəng müəyyən müddətdən sonra bütün dünya ölkələrində bu funksiyanı tətbiq etməyi planlaşdırır.
"Google" nümayəndəsi bildirib ki, xidmət bu cür tədbir nəticəsində bu və ya digər ölkənin qanun və mənəvi normalarına müvafiq olaraq işini həyata keçirəcək.
Müəyyən ölkə istifadəçiləri üçün bəzi bloqlara girişə görə qadağa yalnız konkret dövlət hakimiyyətindən müvafiq sorğunun daxil olmasından sonra tətbiq ediləcək. Bu halda digər ölkə istifadəçiləri bu məzmunu maneəsiz oxuya biləcəklər.
http://www.itar-tass.com/c1/333383.html
03/02/12 Çap et