Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Amerikalı 77 min dollar dəyərində saxta "Facebook" səhmləri satıb
ABŞ-da saxta "Facebook" səhmləri ilə bağlı bir neçə fırıldaqçılıq hadisəsi qeydə alınıb. Sosial şəbəkənin birjaya çıxması xəbərindən istifadə edən cinayətkarlar saxta qiymətli kağızları əsl adı ilə satmağa qərar veriblər.
"Röyters" xəbər agentliyinin məlumatına əsasən, Viskonsin ştatının 46 yaşlı sakini Merienn Oleson bu yolla 4 insanı aldataraq 77 min dollar dəyərində saxta səhmlər sata bilib.
Qadın qızının Mark Sukerberqlə tanış olduğunu və ondan 1 milyon dəyərində səhm satın aldığını iddia edib. Fırıldaqçı qadının ilk qurbanı onun evində təmir işi aparan usta olub. Qadın usta ilə təxminən 14 min dollar dəyərində saxta səhmlərlə hesablaşıb və sonra onu daha 10 min dollar dəyərində "qiymətli kağızlar" almağa inandıra bilib.
Merienn Oleson sonra zəif görmə qabiliyyətinə malik 66 yaşlı kişidən 43 min dollar alıb. Fırıldaqçı qadın daha iki şəxsə 9,9 min dollar dəyərində səhm satmaqla aldada bilib. Hal-hazırda "zirək" qadın saxlanılıb və ifadə verir.
http://www.onliner.by/news/03.02.2012/12.35/
03/02/12 Çap et