Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada ən nazik şüşə təsadüfən əldə edilib
Dünyada ən nazik şüşəni ABŞ, Avropa və Hindistandan olan alimlər qrupu təsadüfən əldə ediblər; bu material sonralar yarımkeçirici kimi qrafen tranzistorlarda istifadə edilə bilər, -“Nano Letters” jurnalında dərc edilmiş məqalə müəllifləri belə hesab edir.
Tədqiqatçılar qrafeni mexaniki üsulla əldə etmək istəyirdilər; bunun üçün üzərinə mis örtük çəkilmiş kvars lövhədən istifadə ediblər. Qrafeni hermetik mühitdə almaq planlaşdırılırdı.
Lakin hermetik mühitə təsadüfən hava düşməsi nəticəsində bir sıra kimyəvi reaksiyalar baş verib və nəticədə qalınlığı maksimum 3 atom olan nazik şüşə əldə edilib.
Bununla belə, alimlərin sözlərinə görə, yeni material onlara çox tanış gəlir. Elektron mikroskop vasitəsi ilə əldə edilmiş təsvir hələ 1932-ci ildə şüşənin atom strukturunu vizual şəkildə əks etdirməyə çalışan Amerika alim-nəzəriyyəçisi Frederik Zakkarayzenin (Frederick Zachariasen) təsvirlərini xatırladır.
04/02/12 Çap et