Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternet-kafedə qeyri-adi hal baş verib
Tayvan internet-kafelərindən birində qeyri-adi hal baş verib: ziyarətçilər 9 saat ərzində ölmüş qeymeri aşkar etməyiblər. 23 yaşlı gənc insan kafedə uzun müddət qalaraq oyun zamanı ölüb.
23 yaşlı tayvanlı internet-kafeyə çərşənbə axşamı gecəyarısı gəlib, sonra isə ölü aşkar edilib. Tayvanlını sonuncu sağ görən kafenin ofisiantı olub. O qeyd edib ki, qeymer çərşənbə günü günorta telefonla danışıb.
İlkin məlumatlara əsasən, ölüm ürək dayanmasından baş verib. Buna səbəb isə aşağı temperatur olub. Qeyd edək ki, bu, ilk belə hadisə deyil. Qeymerlərin ölümü haqqında informasiya, həmçinin Cənubi Koreya və Böyük Britaniyadan da daxil olub.
http://www.onliner.by/news/03.02.2012/14.57/
04/02/12 Çap et