Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Peyklər yenə də uçmadı


Yer kürəsinin məsafədən öyrənilməsi üzrə Rusiyanın və Belarusun "Kanopus-B", eləcə də "BKA-Belarus kosmik aparatı”nın uçuşu növbəti dəfə təxirə salınıb.  Texniki problemlər üzündən dəfələrlə uçuşu lənğiyən kosmik peyklərin orbitə buraxılması üçün təkrar cəhdin nə zaman baş tutacağı bəlli deyil.

http://www.electroname.com saytının yazdığına görə, bu barədə Rusiya kosmik sənayesindən məlumat verilib. Mənbədən bildirilib ki, artıq mart ayında onların yenidən orbitə buraxılmasından söhbət gedə bilməz. Uçuş üçün yeni tarix isə hələlik məlum deyil. Amma aparatların Baykonur kosmodromundan “Soyuz-FQ” raketinin köməyi ilə orbitə buraxılması planlaşdırılır.

Qeyd edək ki, "Kanopus-B" sputniki Ümumrusiya Elmi-Tədqiqat Elektromexanika İnstitutunda hazırlanıb və Yerin məsafədən öyrənilməsi üçün nəzərdə tutulub. 400 kq ağırlığa malik peyk 510 km yüksəklikdə dairəvi orbit üzrə hərəkət edəcək.

Belarus kosmik aparatı “BKA” da cihaz baxımından və vəzifələrinə görə "Kanopus-B"-yə oxşardır. Hər iki peyk orbitdə vahid “DZZ” sistemini yaradacaq. 
 





04/02/12    Çap et