Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial şəbəkələri TV-lərə yükləmək mümkünləşdi


İnsanların əsas əyləncə mərkəzi olan televiziyanı internet üstələdiyi bir vaxtda TV-lər də yenilənir, internetə qoşularaq sosial şəbəkələrə birləşir və daha «ağıllı»ları yaranır.

 Musiqi saytlarından sosial mediaya, videopaylaşım kanallarından tutmuş
, televizorlara internet üzərindən bir çox fərqli yeniliklər gətirilmiş TV-lərə son zamanlar hətta axtarış sistemləri də quraşdırılır.

«Ağıllı TV»lərin ən cəzbedici tərəfi isə burada televizorla internetin bir araya gətirilməsi və internetdəkilərə daha böyük bir ekranla baxmaq imkanının yaradılmasıdır.

«Ağıllı TV»-lər baha olduğundan insanlar bu yeniliklərdən istifadə edə bilmirdilər. Lakin artıq istehsalçılar bunun da yolunu tapıb. Onlar bir qədər köhnə olan TV-ləri «ağıllandıracaq» qurğular istehsal ediblər və bununla da hər bir ailə öz televizoru ilə internetə daxil ola biləcək.

«ASUS»-un yaratdığı «O! Play Mini Plus» dünyanın ilk TV-sidir ki, onunla sosial şəbəkələrə daxil olmaq mümkündür.  Bu televizor onlayn əyləncəni heç bir problem olmadan evlərinizə gətirir.
 





04/02/12    Çap et