Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alman mühəndisləri peyk rabitəsinin şifrələnməsi sistemlərini “sındırıblar”


İnformasiya təhlükəsizliyi üzrə alman mütəxəssisləri bildiriblər ki, onlar peyk telefon siqnallarının müdafiəsi üçün istifadə edilən şifrələmə sistemini "sındırmağı" bacarıblar. Onların dediklərinə görə, yeni hazırlama (həll) ilə praktik olaraq istənilən şəxs ucuz kompyuter və radioqəbuledici vasitəsi ilə peyk rabitə sistemlərinin yaxınlığındakı abunəçilərin zənglərini dinləyə biləcək.

"Sındırılmış" şifrələmə standartları "GMR-1" və "GMR-2" kimi adlanır, onlar peyk operatorları tərəfindən bütün dünyada tətbiq edilir. Mühəndislərin sözlərinə görə, peyk sistemlərinin məxfi alqoritmlərinin "qırılması" üçün lazım olan avadanlıq və proqram təminatının ümumi qiyməti isə 2000 dolları ötmür. Alman mütəxəssisləri artıq indidən yüksək səviyyədə məxfilik lazım olan təşkilatlara zənglərin müdafiəsi üçün əlavə mexanizmdən istifadə etməyi tövsiyə edir.

"Yeni hazırlama (həll), şübhəsiz, istifadə edilən texnologiyaları etibardan salır, lakin bir çox hallarda maksimal dərəcədə müdafiəyə ehtiyacı olan istifadəçilər onsuz da kütləvi sistemlərdən deyil, fərdi qapalı kanallardan istifadəyə üstünlük verirlər" - məlumatların şifrələnməsi üçün proqram təminatını yaradan "GSMK Crytophone" şirkətinin icraçı direktoru Born Rapp bildirib.

EMIL




06/02/12    Çap et