Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Amerika hökuməti kağız dərslikləri elektron ilə əvəz etmək istəyir
Amerika prezidentinin administrasiyası hesab edir ki, bütün şagirdlər 2017-ci ilədək elektron dərsliklərdən istifadəyə keçməlidirlər.
Bu məsələ hal-hazırda ABŞ Federal Rabitə Agentliyi (FCC) və ABŞ-ın təhsil naziri tərəfindən araşdırılır. Onlar "Kindle", "iPad" qurğularının əldə edilməsi üçün hansı vəsaitdən istifadə ediləcəyini həll edəcəklər.
Qurğuların və lazımi proqram təminatının əldə edilməsinə ehtimal ki vergi verənlərin vəsaitləri yönəldiləcək. Layihənin tərəfdarları qeyd edirlər ki, elektron dərsliklərdən istifadə kağız dərsliklərdən daha ucuz başa gələcək.
Bundan əlavə, kağız dərsliklərdə olan informasiya aktuallığını tez itirə bilər, -"The Washington Post" bildirib. ABŞ-ın Təhsil Nazirliyində hesab edirlər ki, elektron dərsliklərdən istifadə təhsil prosesini 30-80% sürətləndirə biləcək.
EMİL
06/02/12 Çap et