Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”-ın baş direktorunu “oğurlayıblar”


"VentureBeat" saytının məlumatına əsasən, "Google" şirkəti "Apple" şirkətinin baş direktorlarından birini - Saymon Prakaşı "oğurlaya" bilib. Bu hadisə internet-nəhəngin tarixində ilk dəfə baş verib; çünki əvvəllər "Google" şirkətinə "Apple" korporasiyasının belə yüksəkvəzifəli nümayəndəsini işə götürmək müyəssər olmamışdı.

Saymon Prakaşın Serqey Brinin rəhbərliyi altında hər hansı məxfi layihə üzərində işləyəcəyi iddia edilir. M

əlumat üçün qeyd edək ki, Saymon Prakaş "Apple" şirkətində 8 il çalışıb. Onun şirkətdəki son vəzifəsi məhsulların inteqrasiyası üzrə baş direktor olub.

Bu yaxınlarda internetdə çıxmış informasiyaya əsasən, "Google" və "Apple" şirkətləri bir neçə il əvvəl bir-birlərinin əməkdaşlarını "oğurlamamaq" üçün centlmen sazişi imzalamışdılar. Əgər "VentureBeat" resursunun məlumatları həqiqətdirsə, o zaman aydındır ki, bu saziş artıq qüvvədə deyil.

EMİL




06/02/12    Çap et