Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nəhəng yarımkeçirici istehsalçısı başsız qaldı
“Cnews.ru” resursunun məlumatına əsasən, yarımkeçirici qurğular - əsasən “DRAM” və “NAND” yaddaş çiplərinin istehsalçısı olan “Micron Technology” şirkətinin baş direktoru Stiv Epplton vəfat edib.
Epplton aviaqəzada həlak olub. Onun 51 yaşı var idi,- “TechCrunch” bildirib. “Micron Technology” şirkəti yarımkeçirici qurğuların ən böyük tədarükçüsüdür.
Şirkət 90-cı illərdə, həmçinin noutbuk və sərt disklər də istehsal edirdi. Hal-hazırda şirkət “Crucial” və “Lexar” yaddaş çipləri istehsal edir. Stiv Epplton “Micron Technology” şirkətində 1983-cü ildən işləyirdi.
EMİL
06/02/12 Çap et