Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkədə yüksək texnologiyanın inkişafı üçün lazımi hüquqi baza mövcuddur


«Azərbaycanda yüksək texnologiyalar sahəsində xüsusi bir qanunun qəbul edilib-edilməməsi bir qədər mürəkkəb sualdır. Çünki demək olmaz ki, biz qanun olmadan yüksək texnologiyaları ölkədə inkişaf etdirə bilmərik».

 Bu fikirləri "İCTnews" elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov söyləyib.

O bildirib ki, zərurət yarandığı təqdirdə belə  qanunların qəbul olunması mümkün ola bilər. Lakin hazırda mövcud qanunlar infrastrukturu ölkədə yüksək texnologiyaların inkişaf etdirilməsinə imkan yaradır: «Amma bu və ya hansısa sahədə ola bilər ki, yüksək texnologiyaların stimullaşdırılması məsələsi ortaya çıxsın.
Onda bu, ayrı məsələ olacaq və ona baxılacaq».
 
 
SEYMUR 





06/02/12    Çap et