Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin yeni nəsil raketlər hazırlayır


İtar-tass.com” saytının məlumatına əsasən, hal-hazırda Çin dövləti bir sıra yeni nəsil raket daşıyıcıları hazırlayır. Raketlər yaxın 5 ildə birinci kosmik uçuşa buraxılacaq. Bu barədə bu gün Çin Elmlər Akademiyasının akademiki Yuy Menlunun müsahibəsini dərc edən “ChinaDaily” qəzeti xəbər verib.

Hal-hazırda Çin konstruktorları eyni zamanda "Çançjen" ailəsinin 3 yeni raketi üzərində işləyirlər. Raketlər ekoloji cəhətdən təhlükəsiz, ucuz, etibarlı olmalı və müasirləşdirmə üçün yaxşı resursa malik olmalıdır.

Onlardan ən güclüsü "Çançjen-5" aşağı orbitə 25 tona qədər, geosinxron orbitə (hündürlüyü 30 min kilometrdən çoxdur) isə 14 tona qədər yük çıxara biləcək.

"Çançjen-6" raketi günəş sinxron orbitə (600-800 kilometr hündürlükdə yerləşir) 1 tona qədər yük çıxarmaq üçün nəzərdə tutulacaq. "Çançjen-7" raketi aşağı orbitə 13,5 tona qədər, günəş sinxron orbitə isə 5,5 tona qədər yük çıxarmaq üçün hazırlanır.

 
EMİL





06/02/12    Çap et