Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” patent mübahisələrini sevir


Compulenta.rusaytının məlumatına əsasən, “Apple” şirkəti “Motorola Mobility”-nin iddiasına əsasən, çıxarılmış məhkəmə hökmünün müvəqqəti dayandırılmasına nail ola bilib.

Məlumat üçün qeyd edək ki, “Apple” şirkəti “Motorola Mobility”-nin məlumatların mobil şəbəkələrdə ötürülməsinə aid olan patentlənmiş texnologiyaların qeyri-qanuni istifadəsində ittiham edilir. İddiaçının (Motorola Mobility) bəyanatına əsasən, onun hazırlamaları (həlləri)  “iPhone”, “iPhone 3G”, “iPhone 3GS”, “iPhone 4”, həmçinin birinci və ikinci nəsil “iPad 3G” planşet kompyuterlərində istifadə edilib.

2011-ci ilin dekabr ayında Almaniya məhkəməsi “Motorola Mobility” şirkətinin xeyrinə qərar çıxardıb. Yuxarıda adları sadalanan qurğuların satışlarına alman bazarında qadağa qoyulmuşdu.

Lakin “Apple” şirkəti dərhal apellyasiya verib və bildirib ki, rəqib öz texnologiyalarını təmiz şərtlər ilə lisenziyalaşdırmaqdan imtina edib. Nəticədə məhkəmə "alma" imperiyasına Almaniyada öz onlayn mağazası vasitəsilə qurğuları satmağına icazə verib.





06/02/12    Çap et