Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP webOS” əməliyyat sistemini digər şirkətlərlə bölüşəcək


“Hewlett-Packard” şirkəti digər smartfon və planşet istehsalçılarına ona aid olan “webOS” platformasında qurğular istehsal etməyə icazə verəcək. Bu barədə HP rəhbəri Leo Apotekeranın bəyanatında bildirib.
Leo Apoteker HP-nin lisenziya ilə bağlı eyni vaxtda bir neçə şirkətlə danışıqlar apardığını bildirib. Onların adları açıqlanmasa da, bu şirkətlərdən birinin “Samsung” olduğu deyilir.
“Samsung” nümayəndəsi Ceyson Kim bu informasiyanı şərh etməkdən imtina edib və bildirib ki, “Samsung” “Google”la öz münasibətlərini möhkəmləndirməyə davam edəcək. Qeyd edək ki, “Galaxy S” smartfonları və “Galaxy Tab” planşetləri “Google” tərəfindən hazırlanmış “Android” əməliyyat sistemi ilə işləyir.
“WebOS” əməliyyat sistemi isə “Palm” şirkəti tərəfindən yaradılıb. “Hewlett-Packard” şirkəti 2010-cu ildə onu alıb. Bir neçə HP smartfonu və HP “TouchPad” planşeti “webOS” platformasından istifadə edirlər.




01/07/11    Çap et