Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvanda 70 poçt bölməsi avtomatlaşdırılıb
Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında imzalanan “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında 70 poçt bölməsinin avtomatlaşdırılması üçün kompyuterlər yerləşdirilərək rayon mərkəzlərinədək şəbəkənin qurulması başa çatdırılıb.
Bu barədə Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumatda bildirilir. Yeni xidmətin yaradılması ilə əlaqədar Naxçıvan şəhəri Universitet şəhərciyindəki 12 nömrəli poçt bölməsi, Şərur rayonunun Mahmudkənd, Yuxarı Daşarx, Siyaqut, Çomaxtur, Düdəngə, Ordubad rayonunun Gənzə, Culfa rayonunun Xanəgah, Nəhəcir, Babək rayonunun Didivar, Nəzərabad, Şahbuz rayonunun Aşağı Qışlaq, Yuxarı Qışlaq, Külüs, Keçili, Kəngərli rayonunun Yeni Kərki, Qabıllı kəndlərində yeni poçt bölmələri istifadəyə verilib.
07/02/12 Çap et