ABŞ uşaq pornoqrafiyası saytlarına xidmət göstərən hostinq-provayderlərin sayına görə liderdir
ABŞ uşaq pornoqrafiyası saytlarına xidmət göstərən hostinq-provayderlərin sayına görə liderdir. Bu barədə Rusiyada Təhlükəsiz internet mərkəzinin koordinatoru Urfan Parfentiev Beynəlxalq Təhlükəsiz İnternet Günü forumunda bildirib.
"Britaniyanın "İWF" "qaynar xətt"inin məlumatına görə, məzmunu uşaq pornoqrafiyasından ibarət olan təxminən 41% sayt ABŞ-da yerləşən şirkətlərin hostinq-xidmətlərindən istifadə edirlər" - Parfentev bildirib.
Onun sözlərinə görə, bu reytinqdə ikinci yerdə Rusiya və MDB ölkələri yerləşib. Məzmunu uşaq pornoqrafiyasından ibarət olan təxminən 29% sayt bu ölkələrin hostinq-şirkətlərinin xidmətlərindən istifadə edirlər.
Forumda çıxış etmiş mütəxəssislər uşaq pornoqrafiyasının internetin əsas problemlərindən biri olduğunu qeyd ediblər.
"Bütün neqativ məzmunu prinsip etibarilə internetdən silmək olmaz. Həmçinin bütün problemləri tamamilə aradan qaldıracaq qanun da qəbul etmək olmaz" - "Google" şirkətinin nümayəndəsi Marina Juniç bildirib.
Juniç həmçinin qeyd edib ki, uşaqlar üçün təhlükəsiz internetə çıxışı təmin etmək, lakin bu halda pozitiv məzmuna çıxış imkanını saxlamaq lazımdır.
digit.ru