Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Net Applications “ analitik şirkəti veb-səyyahların yanvar ayı üzrə nəticəsini elan edib


"Net Applications" analitik şirkəti veb-səyyahların yanvar ayı üzrə nəticəsini  elan edib.
Elan edilmiş məlumatlara əsasən, ən geniş yayılmış "İnternet Explorer" veb-səyyahı cari ilin birinci ayında mövqeyini gücləndirib və bazar payı 52%-dən 53%-ə qədər artıb.

Reytinqdə ikinci yerdə qərarlaşan "Firefox" əksinə, 1% istifadəçi auditoriyasını itirib və yanvar ayını 21% göstərici ilə başa vurub. "Chrome" tərəfdarlarının sayı praktik olaraq dəyişməyib və bazar payı 19%-ə malikdir.

Mobil sahədə isə yanvar ayında "Safari" və "Android Browser" mobil səyyahlarının bazar payları müvafiq olaraq, 53%dən 55%-ə və 16%-dən 18%-ə qədər artıb. Reytinqdə ikinci yerdə olan "Opera Mini"nin isə bazar payı 1  ay ərzində 22%-dən 20%-ə qədər azalıb.


http://www.3dnews.ru/software-news/624129




07/02/12    Çap et