Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Braziliya “Twitter”i məhkəməyə verib


“Twitter” sosial şəbəkəsi bu yaxınlarda keçən həftə təqdim etdiyi məzmun seçiminin blok edilməsi mexanizmini sınaqdan keçirəcək. Braziliyanın baş prokurorluğu bir gün əvvəl “Twitter” sosial şəbəkəsinə qarşı məhkəmə iddiası verib.

Buna səbəb istifadəçilərin “Twitter” xidməti vasitəsi ilə bir-birlərini polis radarlarının yollarda yerləşməsi, sürəti ölçən yeni videokameralar, "kol altındakı polislər", həmçinin yol polisinin yeni stasionar nəzarət məntəqələri haqqında məlumatlandırmalarıdır.

Buna görə Braziliya dövlətinin baş prokurorluğu ölkə ərazisindən həmin bloq və mesajlara çıxış imkanını blok etməyi tələb edib.

Qeyd edim ki, bu cür bloqlar ilk əvvəl Braziliyanın Qoyas ştatının sürücüləri arasında populyarlaşıb, lakin sonradan bu ideya ölkənin digər sakinləri tərəfindən də istifadə olunmağa başlanıb. Ölkə prokurorluğu isə öz növbəsində bildirib ki, belə "vətəndaş jurnalistikası" polislərə işlərini yerinə yetirməyə mane olur və yol hərəkətini təhlükə qarşısında qoyur.

Əgər məhkəmə sürücülər tərəfindən istifadə edilən belə informasiya sistemlərinin cəmiyyət üçün təhlükəli olduğu barədə qərar çıxararsa, o zaman belə bloq sahibləri bloqun hər gün üçün fəaliyyətinə görə 290000 dollara qədər cərimə oluna bilərlər.

“Twitter”dən bildiriblər ki, həmin bloqlara Braziliya ərazisindən çıxışı blok edə bilərdilər, lakin hələ ki bunu etməyiblər və bu addımı məhkəmənin yekun qərarı çıxarılana qədər atmayacaqlar.


http://cybersecurity.ru/crypto/143545.html






07/02/12    Çap et