Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Saytlardan mesajların ötürülməsi sistemi hazırlanır


“Mozilla” şirkəti “Firefox” veb-səyyahına xəbərdarlıq sistemi əlavə edə bilər. Bu sistem nəticəsində saytlardan (hətta əgər müvafiq resurs veb-səyyahda açılmayıbsa belə) kiçik mesajlar almaq mümkün olacaq, -“Ars Technica” nəşri şirkət nümayəndələrinə istinadən bildirib.

"Push" funksiyası mobil qurğularda tez-tez tətbiq edilir. Məsələn, istifadəçi yeni elektron məktub haqqında xəbərdarlığı elektron məktub serverə gəldikdən dərhal sonra ala bilər.

"İOS və “Android” mobil əməliyyat sistemi ilə işləyən qurğular artıq “push” xəbərdarlıqlar üçün fərdi xidmətlərə malikdirlər, lakin biz belə xəbərdarlıqları bütün veb üçün əlçatan etmək istəyirik" – “Mozilla” şirkətinin tərtibatçısı öz bloqunda yazıb.

Hazırda bəzi veb-əlavələr mesajları istifadəçilərə oxşar şəkildə göstərə bilərlər. Məsələn, “Chrome” veb-səyyahında “GMail” poçt xidməti ilə iş zamanı istifadəçi yeni məktublar haqqında xəbərdarlıqları görə bilər.

Lakin bu funksiyanın normal işləməsi üçün veb-səyyahda “GMail” elektron poçt xidməti açıq olmalıdır, lakin “Mozilla” şirkətinin hazırladığı sistemdə belə məhdudiyyət yoxdur. Hətta mesajları göndərən sayt veb-səyyahda açıq olmasa belə, onlar gələcəkdir.
Mesajları göndərməyə başlamazdan əvvəl, sistem istifadəçidən icazə istəyəcək. Bu, spamın minimallaşdırılması üçündür.


digit.ru




07/02/12    Çap et