Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Vergiləri mobil telefonla da ödəmək olacaq
Azərbaycanda yaxın zamanlarda rüsum və vergiləri mobil telefonla da ödəmək mümkün olacaq. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib. O bildirib ki, hazırda bu istiqamətdə işlər görülür və tezliklə proses başa çatdırılacaq.
S.Ələkbərov əlavə edib ki, bu gündən etibarən vergilər naziri Fazil Məmmədovun əmri ilə hüquqi və fiziki şəxslər tərəfindən dövlət və vergi rüsumlarını elektron şəkildə ödəmək mümkün olacaq. Dövlət rüsumları və vergilər istənilən yerdə internet vasitəsi ilə ödənilə bilər.
07/02/12 Çap et