Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet-yükləmələrin çox hissəsi mobil telefonlar vasitəsi ilə həyata keçirilir


"Dailycomm.ru" saytının məlumatına əsasən, "StatCounter" şirkətinin yeni tədqiqatı nəticəsində xeyli sayda insanın internetə mobil qurğular vasitəsi ilə daxil olması məlum olub.

Beləliklə, "StatCounter" şirkətinin hesablamalarına əsasən, dünyada bütün internet-yükləmələrin 8,5%-i mobil telefon və smartfonlar vasitəsi ilə həyata keçirilir. Məlumat üçün qeyd edim ki, 2011-ci ildə mobil internetdən  4,3%, 2010-cu ildə isə yalnız 1,6% insan istifadə edib.

Bundan əlavə, "StatCounter" şirkəti insanların hansı brendlərin aparatları ilə  internetə daha çox daxil olmaları haqqında da məlumat verib. Burada "Nokia" şirkəti liderlik edir. Bu, tamamilə məntiqlidir, belə ki, dünyada Fin istehsalçısının brendi altında istehsal edilən mobil telefonlar daha çoxdur. "Apple" şirkəti siyahıda ikincidir. Sonrakı yerləri "Samsung", "RİM" və "HTC" şirkətləri tutublar.





08/02/12    Çap et