“Nokia 801” sonuncu “Symbian” smartfon olacaq?
"Onliner.by" resursunun məlumatına əsasən, "Smartphone Geeks" saytı xəbər verib ki, "Nokia" şirkəti "Nokia Belle" (əvvəllər "Symbian Belle" kimi tanınıb) əməliyyat sistemi ilə işləyən "801" smartfonunun təqdimatını hazırlayır. Bundan əvvəl bildirilmişdi ki, Finlandiya istehsalçısı bütün "Symbian" qurğu hazırlamalarını dayandırıb və yalnız bir model istehsal edəcək.
Təsdiqlənməmiş informasiyaya görə, "Nokia 801" smartfonu 4 düymlü 640x360 piksel təsvir ölçülü "AMOLED" ekran, 1.4 QHz takt tezlikli prosessor, 512 MB əməli yaddaş, "NFC" modulu və "1080p" formatında videoyazma imkanına malik 12 meqapiksel kamera ilə təchiz edilib.
Smartfonun nümayişi, xarici "Lumia 800"-ə çox oxşar, yaxın vaxtlarda olmalıdır.