Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada ən nazik və yüngül internet-planşet istehsal edilib
“Cybersecurity.ru” saytının məlumatına əsasən, Yaponiyanın "Toshiba" şirkəti yanvar ayının 7-də "Google Android" əməliyyat sistemi ilə işləyən dünyada ən nazik və yüngül internet-planşet təqdim edib. "Toshiba" şirkətinin yeni planşeti "AT200" adlanır, lakin ABŞ-da "Excite" brendi altında satılacaq.
Şirkətdən bildirilib ki, yeni planşetin qalınlığı 7,7 mm-dir. Əməliyyat sistemi kimi bir qədər köhnəlmiş "Android 3.2 Honeycomb" quraşdırılıb. Mərkəzi prosessor "Texas İnstruments" şirkətinin 1.2 QHz takt tezliyində işləyən "OMAP 4430" ARM çipidir.
Planşet 1 Qb əməli yaddaşa (DDR2), 16 və ya 32 QB tutuma malik fləş yaddaşa malikdir. 2.4 QHz tezlik diapazonunda "Wi-Fi" (802.11n standartı) dəstəklənir. Bundan əlavə, "AT200" planşeti televizora qoşulmaq üçün "HDMİ" portu və "microSD" yaddaş kartları üçün slota malikdir.
08/02/12 Çap et