Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Anonymous" haker qrupu Suriya prezidentinin məsləhətçilərinin poçtunu “sındırıblar”
"Ria.ru" saytının məlumatına əsasən, "Anonymous" haker qruplaşması Suriya prezident administrasiyası nümayəndələrinin elektron poçt qutularına giriş əldə ediblər və Bəşər Əsədin Amerikanın "ABC" telekanalına verəcəyi müsahibəyə hazırlığı ilə bağlı yazışmasını dərc ediblər, - İsrailin "Haaretz" qəzeti yazıb.
Nəşrin məlumatına görə, serverin "qırılması" nəticəsində hakerlər Suriya prezidenti Bəşər Əsədin onlarla köməkçi və məsləhətçilərinin elektron məktublarını ələ keçiriblər. Prezident administrasiyası nümayəndələrinin poçt qutuları çox sadə "12345" şifrəsi ilə qorunurmuş.
Elektron məktubların müəllifləri arasında Suriya prezident administrasiyasının rəhbəri Mənsur Fadallah Assam (Mansour Fadlallah Azzam) və prezidentin mətbuatla əlaqələr üzrə məsləhətçisi Butayna Şaabanın (Bouthaina Shaaban) olduğu bildirilib.
Hakerlər tərəfindən ələ keçirilmiş bir sıra məktublarda Bəşər Əsədin "ABC News"-in müxbiri Barbara Uolterslə (Barbara Walters) müsahibəyə hazırlığı təfərrüatı ilə müzakirə edilir,- "Haaretz" qəzeti yazıb. Məlumat üçün qeyd edim ki, müsahibə 2011-ci ilin dekabr ayında olub.
BMT-dəki Suriya missiyasının rəhbəri Şeherazad Cafari (Sheherazad Jaafari) tərəfindən müsahibədən 10 gün əvvəl göndərilmiş elektron məktubda amerikalı jurnalistlə söhbətin məzmunu haqqında bir sıra məsləhətlər verilib,- nəşr xəbər verib. Məsələn, qeyd edilib ki, amerikalıların psixologiyasını asanlıqla idarə etmək olar.
Məktubun mətninə əsasən, Bəşər Əsədə Suriyada "Facebook" sosial şəbəkəsi və "YouTube" videohostinqinə çıxış imkanının açıq olmasını bildirmək tövsiyə edilib, çünki onlar Amerika vətəndaşları üçün vacibdir.
"Anonymous" haker qrupunun üzvləri 2010-cu ilin sonunda ifşaedici "WikiLeaks" resursunun iş fəaliyyətinə mane olmuş şirkət və təşkilatların saytlarına hücumlar təşkil etməklə çox populyarlaşdılar. Hücum edilmiş resurslar arasında "PayPal", "Visa" , "MasterSard" və s. resurslar var idi.
08/02/12 Çap et