Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Aztelekom”İB xəbərdarlıq edir
Son vaxtlar regionlarda aparılan təmir-tikinti və qazıntı işləri zamanı regional və yerli əhəmiyyətli optik kabel xətləri zədələnir. Bu məqsədlə "Aztelekom" İstehsalat Birliyi beynəlxalq və şəhərlərarası rabitə xətlərinin keçdiyi ərazilərdə özbaşına hər hansı işlərin aparılmasını qadağan etməsi barədə növbəti xəbərdarlıq edib. Qərar qəza vəziyyətlərinin qarşısının alınması üçün qəbul edilib, həm hüquqi, həm də fiziki şəxslərə aiddir.
Operatorun kabel xətlərinin keçdiyi ərazilərdə işlərin aparılmasına görə "Aztelekom" İB magistral kabellərinin texniki qovşaqlarından və yazılı müraciətdən sonra yerli icra hakimiyyəti orqanlarından rəsmi icazə almaq lazımdır. Təhlükəsizlik qaydalarını pozan hüquqi və fiziki şəxslər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Qeyd edək ki, yazılı müraciətlər Bakıda, eləcə də Sahil qəsəbəsində, Xırdalan, Şamaxı, Göyçay, Siyəzən, Bərdə, Lənkəran, Sabirabad, Beyləqan, Qazax, Salyan, Quba, Şəki, Zaqatala, Qəbələ, Şəmkir, Ucar, Kürdəmir, Gəncə və Göygöl şəhərlərində qəbul edilir.
08/02/12 Çap et