Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kəskin hava şəraiti regionlarda rabitənin işində problem yaratmayıb
Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar regionlarda rabitə sahəsində hər hansı problem yaranmayıb. Bu barədə "Aztelekom"İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev "İCTnews" elektron xəbər xidmətinə bildirib.
Onun sözlərinə görə, birlik gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və operativ qərargahdan hər bir rayon və kəndlərlə əlaqə yaradılır.
"Şaxtalı, qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar yerlərdə bütün qüvvələr səfərbər olub. Qəza dəstələri baş verə biləcək problemin qarşısını almağa hazırdır".
Bu gün bölgələrdən alınan məlumatlarda elektrik enerjisi ilə ilə bağlı bəzi problemlərin olduğu məlum olub ki, telefonların fasiləsiz işi elektrik qida qurğuları və dizel generatorları ilə təmin edilib. Hazırda telekommunikasiya və rabitə qovşaqlarının işində heç bir problem müşahidə olunmur.
08/02/12 Çap et