Mobil əlavələr bazarı sayəsində ABŞ-da 466 min iş yeri yaranıb
Son 4 il ərzində mobil əlavələr sənayesi sayəsində ABŞ-da təxminən 466 min yeni iş yeri yaranıb. "TechNet" tədqiqatının nəticələri buna sübutdur. "AppleInsider" nəşrinin məlumatına görə, analitiklər "Android", "BlackBerry", "iOS", "Facebook" və "Windows Mobile/Phone" platformaları üçün proqramları hesaba alıblar.
Ekspertlər dəqiqləşdiriblər ki, yaradılmış iş yerlərinin təxminən üçdə biri IT mütəxəssislər üçündür. Vakansiyaların əksəriyyəti kadr məsələləri, marketinq və s. ilə məşğul olan işçilər arasında bölünüb. İntensiv məşğulluq artımı isə Silisium vadisində qeyd edilib.
"TechNet"-dən keçən il mobil əlavələr sənayesi dövriyyəsinin təxminən 20 milyard dollar təşkil etdiyi bildirilib.
http://www.onliner.by/news/08.02.2012/10.35/