Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Koreyada aerodromlarda quşları qorxudan robot yaradılıb


İtar-tass.comsaytının məlumatına əsasən, mülki və hərbi təyyarələrin quşlarla toqquşma təhlükəsi hər an baş verə bilər. Belə ki, saatda 370 kilometr sürətlə uçan qırıcınının 900 qram çəkisi olan vəhşi ördəklə toqquşması zamanı zərbə qüvvəsi 4,8 tona çatır. Əgər quş reaktiv mühərrikin ucluğuna düşərsə, o zaman təyyarə adətən qəzaya uğrayır.

Cənubi Koreyada aerodromlarda quşların qorxudulması üçün 2,5 metr hündürlüyündə və 1,4 ton çəkisində robot yaradılıb. Robotun yuxarı hissəsində dairəvi dinamik quraşdırılıb. Dinamik 100 desibel (db) səviyyəsində olan səsi 300 metr məsafəyə yayır, "Tona ilbo" qəzeti yazıb.

Pulemyotların və top yaylım atəşlərinin gurultusundan əlavə, robot, həmçinin təhlükə hiss etdikdə uçan səksəkəli quşların səslərini çıxarır. Nəticədə, qırğının gurultulu səsini eşidən vəhşi ördəklər uçuş-enmə zolağının ətrafındakı ərazini təlaş içərisində tərk edirlər. Bütovlükdə robotun audioarsenalına 13 müxtəlif səs yazılıb.

Robot quşları dinamiklərdən əlavə, lazer vasitəsi ilə də qorxudur. Robotdan 1-2 km uzaqlıqda quş dəstəsi olduqda, yaşıl işıq əks edən lazer işə salınır. Qəzetin versiyasına görə, quşlar lazer şüasının uzun çubuq olduğunu zənn edirlər, ona görə də qorxurlar və uçub gedirlər.

Robot-keşikçi, həmçinin 2 kamera ilə təchiz edilib. Kameralar 300 metrə qədər məsafədə uzunluğu 30 santimetrə qədər olan iri quşları qeyd edirlər və onları aerodrom uzaqlaşmayana kimi izləyirlər.

Robotdan istifadənin ilk nəticələri uğurlu olub: robot 60% hallarda quşları qorxuda bilib, halbuki fransız lazer sistemində effektivliyin bu göstəricisi 40%-ə bərabərdir. 
 





08/02/12    Çap et