Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məşhur smartfon istehsalçısı məyusdur
Tayvanın smartfon istehsalçısı “HTC”şirkəti rüblük nəticələri, eləcə də bazar gözləntilərindən aşağı səviyyədə olan proqnozu açıqlayıb. Şirkət nümayəndələri bildirirlər ki, Tayvan istehsalçısı yeni smartfon modellərinin işlənib hazırlanması ilə əlaqədar artan daxili xərclər səbəbindən son 2 il ərzində ilk dəfə olaraq aşağı nəticələr nümayiş etdirir.
Cari rübdə HTC 65-70 milyard Tayvan dolları və ya 2,2-2,3 milyard ABŞ dolları səviyyəsində satış gözləyir. Eyni zamanda analitiklərin qiymətləndirmələrinə görə, istehsalçının mədaxilinin ümumi göstəricisi 84,9 milyard Tayvan dolları məbləğində olacağı güman edilir. “Apple” və “Samsung Electronics” şirkətləri ilə aparılan rəqabət “HTC”-ni 2011-ci ilin noyabrında maliyyə proqnozunu azaltmağa məcbur edib. Bu, 2009-cu ildən göstəricinin ilk azalması olub.
Zəif rüblük proqnozlar dərc edildikdən sonra şirkətin səhmlərinin qiyməti 5,2 faiz azalıb.
HTC-nin maliyyə direktoru Vinston Yunq qeyd edir ki, proqnozun pisləşməsi həm bazarda aparılan rəqabət, həm də hazırda istehsalçı üçün əlavə xərclərə səbəb olacaq bütün məhsul xəttini yenidən nəzərdən keçirməsi ilə əlaqədardır.
İstehsalçının proqnozlarına əsasən, cari rübdə əməliyyat mənfəəti əvvəlki rübdəki 12,7 faizə nisbətdə 7,5 faizədək enəcək. Analitiklər şirkətin xalis mənfəətinin 39 faiz azalaraq 9,1 milyard Tayvan dolları təşkil edəcəyini proqnozlaşdırırlar. Maliyyə ilinin yekunları üzrə HTC 462 milyard Tayvan dolları məbləğində mədaxil əldə edəcəyinə ümid edir.
mincom.gov.az
08/02/12 Çap et