Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyalılar hər il 1,2 milyard dollar dəyərində texnikanı zibilliyə tullayırlar


Britaniyalılar hər il 1,2 milyard dollar dəyərində texnikanı zibilliyə tullayırlar. Bu hesaba yalnız sıradan çıxmış qurğular deyil, həm də lazımsız məişət elektronikası aid edilir. "The Telegraph"-ın məlumatına görə, söhbət 17 milyon mobil telefon, musiqi pleyeri, naviqator və digər qurğulardan gedir.

Qeyd edilir ki, həmin aparatları tullayan hər üçüncü britaniyalı əgər onu xüsusi qəbul məntəqəsinə aparsaydı, təxminən 67 dollar ala bilərdi. Bundan əlavə, tullanılan texnikanın vurduğu ziyanı da nəzərə almaq lazımdır.
 
 
 
 http://www.onliner.by/news/07.02.2012/15.27/





08/02/12    Çap et