Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"LG" şirkəti güclü smartfon hazırlayır (VIDEO)


Aparatın 5 düymlü sensor ekrana malik olacağı bildirilib. Ekranın təsvir ölçüsü 1024×768 nöqtə təşkil edəcək.

Qurğunun əsasını 1.5 QHz takt tezliyində işləyən ikinüvəli "Qualcomm WPQ8060" prosessoru təşkil edəcək. İlkin məlumatlara görə, smartfon 1 Qb əməli yaddaşa, 8 QB tutuma malik fləş daşıyıcıya, 8 meqapiksel matrisli  arxa kameraya, "Wi-Fi" və "Bluetooth" simsiz əlaqə modullarına, "GPS" qəbuledicisinə və "NFC" çipinə malik olacaq.

Əməliyyat sistemi kimi "Android 2.3 (Gingerbread)" quraşdırılacaq.
"Optimus Vu" smartfonunun "Mobile World Congress 2012" (27 fevral - 1 mart; Barselona, İspaniya) sərgisində təqdim ediləcəyi gözlənilir.








hard.compulenta.ru/659981/





09/02/12    Çap et