Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məcburi köçkünlər üçün salınan qəsəbədə müasir rabitə xidməti yaradılacaq
Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər üçün salınan və bu günlərdə istifadəyə verilən yeni qəsəbə müasir rabitə və informasiya texnologiyaları ilə təmin ediləcək.
”Aztelekom”İB-dən verilən məlumatda bildirilir ki, qəsəbənin telefonlaşdırılması məqsədilə nəzərdə tutulan layihənin həyata keçirilməsi nəticəsində hər bir məcburi köçkünün mənzilini yüksək keyfiyyətli rabitə xidməti ilə təmin etmək mümkün olacaq. Qeyd edək ki, ərazi Laçın Rabitə Qovşağı tərəfindən poçt rabitə xidməti ilə də təmin edilir.
09/02/12 Çap et