Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Aztelekom"İB-nin CDMA abunəçilərinin sayı artıb
"Aztelekom" İB-dən verilən məlumata görə, CDMA simsiz rabitə xidməti abunəçilərinin sayı 20 mini ötüb. Belə ki, keçən ilin eyni dövrü ilə müqayisədə abunəçilərin sayında 1000-dən çox artım müşahidə olunur.
Bakı və Abşeron ərazisində, Gəncə şəhərində, Şəki, Zaqatala və Quba rayonlarında abunəçilərin sayı digər regionlara nisbətən üstünlük təşkil edir.
Xatırladaq ki, "Aztelekom" İB-nin CDMA xidməti Bakı şəhəri və Abşeron rayonu ərazisində "408" indeksi, digər şəhər və rayonlarda isə CDMA "044" şəbəkə kodu tətbiq olunmaqla yeddirəqəmli nömrələnmə planına uyğun olaraq həyata keçirilir.
CAHANGİR
09/02/12 Çap et