Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompyuter satışları zəifləyib
"Gartner" analitik şirkəti Qərbi Avropanın fərdi kompyuter bazarında qüvvələr nisbətini qiymətləndirib.
Hesablamalara əsasən, 2011-ci ilin son rübündə stolüstü, noutbuk və netbuk satışları 16% azalıb. Bütövlükdə 2011-ci il ərzində isə satışlar 16% azalaraq 58,5 milyon təşkil edib.
Analitiklər qeyd ediblər ki, yeni il qabağı satış mövsümündə xüsusi təkliflərə və istehsalçıların təcavüzkar qiymət siyasətinə baxmayaraq, istehlakçılar fəal olmayıblar. Bunun səbəbi isə qeyri-stabil iqtisadi vəziyyət, həmçinin sürətlə populyarlaşan planşet və smartfonlardır.
"Hewlett-Packard" şirkəti dördüncü rübdə Qərbi Avropa üçün ən iri kompyuter tədarükçüsü olub: şirkət 3 ay ərzində 3,6 milyon qurğu satıb. Şirkətin payı (22,2%) isə 1 il ərzində praktik olaraq dəyişməz qalıb.
"Acer" şirkəti keçən rüb bazarın 13,4%-ni tutub. Tədarük həcmi isə 2,2 milyona bərabər olub.
1,9 milyon satılmış fərdi kompyuter və 11,5% bazar payına malik "ASUS" şirkəti siyahıda üçüncüdür.
Dördüncü və beşinci yerləri isə müvafiq olaraq "Dell" (1,7) və "Lenovo" (1,4 milyon) şirkətləri tutublar.
business.compulenta.ru/660090/
09/02/12 Çap et