Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BMT ilə “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi ilə bağlı məsləhətləşmələr keçirilib
Azərbaycan nümayəndə heyəti yanvarın 30-dan fevralın 3-nə qədər Nyu-Yorkda səfərdə olub. Nümayəndə heyətinin tərkibi Xarici İşlər , Rabitə və İnformasiya Texnologiyaları nazirliklərini təmsil edən şəxslərdən ibarət olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "İCTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, səfərin məqsədi regionda informasiya və kommunikasiya infrastrukturunun inkişafına yönəldilmiş "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinin həyata keçirilməsi istiqamətində görülmüş işlər haqqında məlumatlandırmanı artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının üzv dövlətləri ilə ikitərəfli məsləhətləşmələr keçirmək olub.
Qeyd edilməlidir ki, 2009-cu ildə ölkəmizin təşəbbüsü ilə TASİM layihəsi üzrə BMT Baş Assambleyasında irəli sürülmüş qətnamə layihəsi yekdilliklə qəbul edilmiş və qətnaməyə əsasən Azərbaycan hökumətinə layihənin həyata keçirilməsi üzrə regional səviyyədə səylərin əlaqələndirilməsi tapşırılıb.
SEYMUR
09/02/12 Çap et