Ən populyar proqramlaşdırma dili müəyyənləşib
"Java" proqramlaşdırma dilləri arasında liderliyini çətinliklə qoruyub saxlayır: "Tiobe" aylıq reytinqinin fevral buraxılışının məlumatına görə o, "Ci" dilini yalnız azacıq ötə bilib.
Reytinqə əsasən, "Java" proqramlaşdırma dilindən 17,05% tərtibatçı (developer) istifadə edir. Müqayisə üçün, 1 il əvvəl bu göstərici 18,48%, yanvar ayında isə 17,48% təşkil edib. "Ci" dili istifadəçilərinin payı hazırda 16,52%, 1 il əvvəl 14,98%, 1 ay əvvəl isə 16,98% təşkil edib.
"Tiobe" reytinqinin rəhbərləri qabaqcadan xəbər veriblər ki, onların fikrinə görə, "Java" proqramlaşdırma dilinin "Android" platformasının populyarlığı sayəsində birinci yerdə qalmaq şansı var.
Populyarlığa görə "Java" və "Ci"-dən sonra "C#" (8,65%), "C++" (7,86%), "Objective-C" (7,06%) və "PHP" (5,64%) proqramlaşdırma dilləri gəlir. "Objective-C" proqramlaşdırma dilinin populyarlığı "Apple" şirkətinin "iOS" platforması sayəsində artır. "PHP" dilinin mövqeyi isə əksinə, getdikcə pisləşir.
www.osp.ru/news/2012/0209/13011416/