Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” 3-cü rübdə 12-14 milyon “iPad 2” istehsal etməyi planlaşdırır
“Apple” 3-cü rübdə 12-14 milyon “iPad” istehsal etməyi planlaşdırır. Bu göstərici əvvəlki 2 rübdən əhəmiyyətli dərəcədə böyükdür.
Qeyd edək ki, “Apple” 1-ci və 2-ci rüb ərzində ilkin proqnozların icrasının öhdəsindən gələ bilməyib. Belə ki, 1-ci rübdə bazara planlaşdırılmış 6,2 milyonun əvəzinə 4,69 milyon “iPad 2” istifadəyə verilib, 2-ci rübdə isə “Apple” 7-9 milyon planşet istehsal edib. Səbəb modelə marağın azalması deyil, (əksinə, o ajiotaj məşhurluğa malikdir), kifayət qədər həcmdə lazımi detalların çatdırılması çətinlikləri ilə bağlıdır.
01/07/11 Çap et