Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Xarici İşlər Nazirliyinin “YouTube” kanalı fəaliyyətə başlayıb
Xarici İşlər Nazirliyi tərəfindən “YouTube” (Azerbaijan MFA - Press Service) kanalı istifadəyə verilib. Nazirliyin mətbuat xidməti tərəfindən istifadəyə verilən “YouTube” kanalı Azərbaycanın xarici siyasətində baş verən əsas hadisələrin videoçəkilişlərini operativ şəkildə ictimaiyyətə çatdırmaq məqsədilə yaradılıb.
Kanalda görüşlərin, çıxışların, bəyanatların videoları ilə tanış olmaq mümkündür.
İstifadəçilər “YouTube” kanalına (www.youtube.com/MFAAzerbaijan) linki ilə daxil ola bilərlər.
09/02/12 Çap et