Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya texnologiyalarının köməyi ilə “Vətəni tanı”


Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman, Təhsil nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, “AVA” Skandinaviya klinikası, FİXED Bordersin dəstəklədiyi “Vətəni tanı” Ümumrespublika kampaniyasının seçim turları bu dəfə Ucarda keçirilib. Ucar şəhəri 1 saylı orta məktəbdə baş tutan seçim turunun açılış mərasimində Gənclər Təşkilatları Milli Şurasının mətbuat katibi Orxan Əli, rayon Təhsil Şöbəsinin və Milli Şuranın katibliyinin üzvləri iştirak ediblər. Açılış mərasimində çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq bildiriblər ki, ölkəmizin tanıdılması, ərazi bütövlüyü məsələsi, gənclərimizdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində “Vətəni tanı” çox önəmli layihədir. O da qeyd edilib ki, bütün regionları əhatə edəcək layihə, həmçinin gənclərin informasiya texnologiyalarının tətbiqi ilə coğrafi biliklərin artırılmasında mühüm rola malikdir.
Qeyd edək ki, burada gənclərə müəyyən vaxt ərzində istənilən rayonu kompyuterdə xəritədə öz yerinə yerləşdirmək üçün vaxt verilir. Bu əməliyyatı ən tez yerinə yetirən qalib olur.
Ucarlı gənclərin yüksək aktivliyi ilə keçən layihədə iki nəfər respublika turuna vəsiqə qazanıb.




01/07/11    Çap et