Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Tezliklə fayllar "bulud"da saxlanılacaq
"Google" bu yaxınlarda faylların şirkətin internet-serverlərində saxlanılması üçün nəzərdə tutulmuş "Drive" "bulud" xidmətini istifadəyə verəcək. "The Wall Street Journal" nəşri bildirib ki, xidmətdən pulsuz istifadə etmək mümkün olacaq, lakin böyük tutuma malik informasiyanı saxlamaq üçün pul ödəmək lazım olacaq.
Mövcud həllərin əksəriyyəti analoji iş sxemindən istifadə edirlər. "Google" şirkəti pulsuz olaraq daha böyük tutuma malik informasiyanı saxlamaq imkanı yaratmaqla onlarla rəqabət apara bilər.
"Google" şirkətinin nümayəndəsi "WSJ" jurnalistinə "Google Drive" haqqında məlumat verməkdən imtina edib.
"Gartner" analitik şirkətinin məlumatına görə, 2011-ci ildə istifadəçilər məlumatların "bulud" xidmətlərində saxlanılması üçün 830 milyon dollar xərcləyiblər və cari ildə bu seqmentdə 47% artım gözlənilir.
digit.ru/internet/20120209/389188522.html
10/02/12 Çap et